Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104081
az

Sumqayıta gedirdilər,qəzaya düşdülər  - FOTO

23:3108 Mart, 2024
591
  • A
08.03.2024-cü il tarixində saat 18:13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yol-nəqliyyat hadisəsilə bağlı çağırış daxil olub. Bu barədə TƏBİB-dən Oxu24.com-un sorğusuna cavab olaraq bildirilib. Bildirilib ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Xəsarət alan 3 nəfər şəxs (2 kişi cinsli, 1 qadın cinsli olmaqla) qapalı kəllə-beyin travması ilə xəstəxanalara hospitalizasiya olunub. Xəsarət alan 35 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 30 yaşlı kişi Respublika Neyrocərrahiyyə Xəstəxanasına, 25 yaşlı kişi isə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT
Onların maaşı 40 faiz artdı
Əhali ən çox bu internet provayderindən şikayət edir