Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104060
az

Britaniyanın Müdafiə Nazirliyi 2012-ci ildən bəri ən böyük çatışmazlığı ilə üzləşib

16:3408 Mart, 2024
133
DÜNYA
  • A

Böyük Britaniyanın Müdafiə Nazirliyi 2012-ci ildən bəri hərbi texnikanın alınması və saxlanılması üçün təxminən 17 milyard funt sterlinq həcmində ən böyük büdcə kəsiri ilə üzləşib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Britaniya Parlamentinin Büdcə Xərclərinə Nəzarət Komitəsinin hesabatında deyilir.

 

2012-ci ildən Böyük Britaniyanın Müdafiə Nazirliyi hər il hərbi texnikanın alınması və saxlanması üçün büdcə ayırma planı tərtib edir.

 

Parlamentin saytında dərc olunan yeni hesabata görə, Müdafiə Nazirliyi növbəti 10 il ərzində cari plan üçün 288,6 milyard funt sterlinq maliyyə ayırıb. Bununla belə, proqnozlaşdırılan xərclər 65,7 milyard funt sterlinq artaraq 305,5 milyard funt-sterlinqə yüksəldi və 16,9 milyard funt-sterlinq kəsir buraxdı.

2023-cü ilin dekabrında “Financial Times” Böyük Britaniyanın yeni silah və texnika üçün rekord büdcə kəsiri haqqında yazmışdı.

Bundan əvvəl Böyük Britaniyanın xarici işlər naziri David Cameron NATO dövlətlərində silah istehsal edən şirkətləri Ukraynanın ən azı iki il ərzində silah ehtiyacını ödəmək üçün məhsuldarlığı artırmağa inandırmağa çağırıb.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Aİ şirkəti Terminatoru uğurla sınaqdan keçirib
Rusiya Xarici İşlər Nazirliyi ABŞ raketlərinin Almaniyada yerləşdirilməsinə cavabını açıqlayıb
Litva kaset bombaları haqqında Konvensiyanı ləğv etdi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadın cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirmək istədi