Hindistan Çinlə sərhəddəki hərbçilərinin sayını 10 min əsgər artırıb.
Oxu24.com xəbər verir ki,bu barədə Bloomberg adı açıqlanmayan hərbi mənbələrə istinadən məlumat yayıb.
Hindistan bu addımı Pekinlə ərazi mübahisəsi bölgəsində sərhədinin mühafizəsini gücləndirmək üçün atıb.
Əvvəllər qərb sərhəddində yerləşdirilən hərbi qulluqçular Cənubi Asiya respublikasının şimalına göndərilib. Onlar artıq orada yerləşən doqquz min hind əsgərindən ibarət hərbi kontingentə qoşulacaqlar.
Birləşmiş hərbi qüvvələr Çinin Tibet Muxtar Bölgəsini Hindistanın şimalındakı Uttarxand və Himaçal-Pradeş əyalətlərindən ayıran sərhədin 532 km-lik hissəsini qorumalı olacaq.
Agentliyin qeyd etdiyi kimi, “sərhədin bu hissəsinə misli görünməmiş qoşun yeridilməsi həm regionun strateji əhəmiyyətini, həm də Hindistan rəhbərliyinin gözündə artan həssaslığını vurğulayır”.
Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhəd yoxdur; iki ölkə onilliklər ərzində gərginlik mənbəyi olaraq qalan Faktiki Nəzarət Xətti (LAC) ilə ayrılır. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan etdi; 1962-ci ildə silahlı qarşıdurma baş verdi, nəticədə Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçdi.
Nigar
Oxu24.com
ŞƏRHLƏR