Martın 6-da saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.
Bu haqda Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR