Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103971
az

Boşanmağa hazırlaşan müğənni övladlarının sənədlərini ala bilmir

19:2206 Mart, 2024
283
CƏMİYYƏT
  • A

Boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova uşaqlarının sənədlərini ala bilmir.

OXU24.COM  xəbər verir ki, sənətçi bu haqda "Rəngarəng səhər" proqramında deyib. O bildirib ki, hazırda ABŞ-də olan həyat yoldaşı övladlarının sənədlərini vermir:

"Amerika səfirliyi ilə məsələni həll etmək istəyirik. Atasıdır, uşaqları istəməlidir. Amma problem yaradır".

Leyla əlavə edib ki, ayrıldığı həyat yoldaşı övladlarını ondan almaq istəyir. İfaçı məhkəməyə müraciət etdiyini, rəsmi boşanmanını hələ baş tutmadığını söyləyib. 

Qeyd edək ki, Leyla Zaur Cəlil adlı şəxslə ailə qurduqdan sonra Amerikaya köçüb. Ötən il o, Bakıya qayıdıb. Zaur "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, paylaşım edib. Leyla bundan xəbərsiz olduğunu, ayrıldıqlarını sosial şəbəkədə oxuduğunu deyib. 

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Cütlüyün 3 övladı var.

Oxu24.com

ŞƏRHLƏR

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü