Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10396
az

Ermənistanda xadimələr ACLIQ AKSİYASINA hazırlaşır

20:5927 Fevral, 2019
527
SİYASƏT
  • A
Ermənistan parlamentinin 64 işçisi - xadiməsi aclıq aksiyası keçirməyə hazırlaşır.

Oxu24.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə işçilər özləri məlumat veriblər.

Onlar bildiriblər ki, bu il martın 30-da xadimələrin əmək müqavilələrinin müddəti bitir. Ötən həftə parlament sədrinin iki müavini müsabiqə elan edildiyini və onun qalibinin başqa təşkilat olduğunu söyləyib. Müavinlər qeyd edib ki, hazırda parlamentin təmizliyi ilə məşğul olanların işdə qalıb-qalmaması isə qalib təşkilatdan asılıdır. Parlamentin Aparat rəhbərinin müavini isə xadimələri inandırmağa çalışıb ki, onların əməkhaqlarını 65 min dramdan (132,94 dollar) 104 drama (212,71 dollar) qaldıracaqlar.

Xadimələr bu təkliflərə inanmadıqlarını bildiriblər. Onlar heç bir təşkilatın tabeliyində işləmək istəmədiklərini, əvvəlki şəraitdə fəaliyyətlərini davam etdirmək istədiklərini vurğulayıblar. Təmizlik işçiləri bildiriblər ki, tələbləri yerinə yetirilməyəcəyi halda, tətilə başlayacaqlar: “Parlamentin binası, o cümlədən tualet bir gün yığışdırılmasa, mənzərə dəhşətli olar”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“İnsan bir dərman üçün kənddən rayon mərkəzinə gəlməsin”
“Quska” Prezidentə müraciət etdi- İstintaq yeniləndi