Qaynar xətt:

(+99450) 247 90 86

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

CƏMİYYƏT

215

06.03.2024, 17:37

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifəyə seçilib.

OXU24.COM-un əldə etdiyi məlumata görə, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb.

Qeyd edək ki, Zərifə Həmzəyeva "Gazelli Group" MMC-nin rəhbəridir. Sözügedən MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 42 milyon 32 min manat olan "Gazelli Group"un qanuni təmsilçisi Nərmin İsmayılovadır. Eyni zamanda, Zərifə Həmzəyeva "Premium Bank" ASC-nin əsas səhmdarıdır.