Təyyarədə ruslar və gürcülər arasında dava düşüb.
Memmingendən Kutaisiyə uçan Wizz Air təyyarəsi Rumıniyanın Kluj-Napoka şəhərinin hava limanına məcburi eniş edib.
Oxu24.com xəbər verir ki, bunu Uçuş Radarı xidmətinin məlumatları təsdiq edir.
“Netgazeti”nin reys sərnişinlərindən birinə istinadən verdiyi məlumata görə, məcburi enişin səbəbi sərnişinlər arasında olan dava olub.
Gürcüstanlı və rusiyalı sərnişinlər arasında dava düşüb.
Enişdən sonra münaqişə iştirakçıları polisin köməyi ilə təyyarədən çıxarılıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR