Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103909
az

Almaniyada iki vətəndaş sanksiya rejimini pozmaqda ittiham olunub

18:0605 Mart, 2024
93
DÜNYA
  • A

Almaniya Baş Prokurorluğu bu ölkənin iki vətəndaşını sanksiyalar rejimini pozmaqda ittiham edib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə TASS məlumat yayıb.

 

“2024-cü il fevralın 16-da federal prokurorlar Ştutqart Ali Regional Məhkəməsinin Dövlət Təhlükəsizlik Senatında Almaniya və Rusiya vətəndaşları Valdemar V. və Natali S.-yə qarşı ittiham irəli sürüblər”, - deyə məlumatda bildirilir.

 

Qeyd olunur ki, Valdemar Saarlandda elektron komponentlərin beynəlxalq ticarəti üçün şirkət təsis edib. 2020-ci ilin yanvar ayından məhsullarını Rusiya şirkətinə tədarük edir.

 

Bundan əvvəl Bolqarıstan polisi üç rusiyalının saxlandığını bildirmişdi. Saxlanılanların sanksiya rejimini pozaraq Rusiyaya ikili təyinatlı malların ixracı işində əli olduğu dəqiqləşir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 12 nəfər saxlanılıb. Baş prokurorun müavini Mariya Pavlovanın sözlərinə görə, bir neçə şəhərdə istintaq hərəkətləri həyata keçirilib.

 

Pavlovanın sözlərinə görə, onun üzvlərindən biri Plovdivdə ümumi dəyəri təxminən 4 milyon avro olan ikili təyinatlı mallar alan şirkəti qeydiyyatdan keçirib, onların arasında optik nişangahlar və aviasiya radioları da var.

 

Nəşrin də istinad etdiyi prokurorluğun məlumatına görə, söhbət saxlanılan beş əcnəbidən gedir, o cümlədən Rusiya və Belarus vətəndaşları.

 

Bundan əvvəl ruslar Litvaya qanunsuz olaraq 286 kq kəhrəba ixrac etməyə cəhd ediblər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcüstan parlamenti mübahisəli qanun layihəsini qəbul etdi
Çin səfiri Britaniya XİN-ə çağırıldı
Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR