Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103900
az

Pərvin Məmmədova işindən ayrıldı

15:3805 Mart, 2024
131
CƏMİYYƏT
  • A

Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Pərvin Məmmədova qurumdakı işindən ayrılıb.

OXU24.COM xəbər verir ki, bu haqda onun özü bildirib və işdən könüllü çıxdığını qeyd edib.

"3 il öncə Fondun İdarə Heyətinin sədri tərəfindən quruma mətbuat katibi vəzifəsinə dəvət olunmuşdum, qısa müddət sonra Kommunikasiya şöbəsinin müdiri kimi fəaliyyətimi davam etdirdim. Göstərilən etimada görə təşəkkür edirəm", - o bildirib.

P.Məmmədova 2011-ci ildə peşə fəaliyyətinə Azad Azərbaycan Teleradio Yayım Şirkətində müxbir kimi başlayıb. Daha sonra MTV Azərbaycan televiziyasında aparıcı kimi çalışıb. 2014-2016-cı illərdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis, 2016-2018-ci illərdə Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində aparıcı məsləhətçi vəzifələrində işləyib.

Sonra fəaliyyətini Bakı Beynəlxalq Avtovağzal Kompleksində mətbuat xidmətinin rəhbəri kimi davam etdirib.

Ardınca Odlar Yurdu Universitetinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah bu ərazilərdə qaz olmayacaq
Lukaşenko Azərbaycana gəlir
Qonaqlar gəlmədən tualetə bir qaşıq duz tökün – Evdar qadınların sirri

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi