Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103890
az

3 qonşumuzda eyni gündə güclü zəlzələ - “Bizdə də olacaq, dalğa bizə də gəlir”

13:3705 Mart, 2024
214
CƏMİYYƏT
  • A

Ötən gün səhər saatlarında Qazaxıstan və Qırğızıstan sərhədində baş verən və əhalinin ciddi təşvişinə səbəb olan 5,4 bal gücündə zəlzələnin ardınca Türkiyədə də yeraltı təkanlar qeydə alındı. Gün ərzində qardaş ölkədə 5 zəlzələ oldu ki, bunun da ən güclüsü axsam saat 21:39-da (yerli vaxtla) Çanaqqalada (4,9 bal) baş verdi. Bu gün səhər saatlarında isə cənub qonşumuz İran 5,5 bal gücündə zəlzələ ilə silkələnib.

Bir sutka ərzində Azərbaycanın qonşu ölkələrində baş verən zəlzələlər isə narahatlıq yaradıb.

OXU24.COM  xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, hər gün Azərbaycanda da hiss edilməyəcək dərəcədə tərpənişlər, zəlzələlər, tektonik yellənmələr olur.

"Narahat olmağa heç bir əsas yoxdur, bizim üçün xüsusi bir gücdə, dağıntılara səbəb olacaq zəlzələ gözlənilmir. Eyni gündə ölkəmizə yaxın ərazilərdə zəlzələlərin olması da təsadüfdür. "Burada olursa, bizdə də olacaq, dalğa bizə də gəlir" kimi iddialar, düşüncələr əsassızdır", - Q.Yetirmişli bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu qidalarla xərçəng riskini azaltmaq olar - SİYAHI
Laçında ayı bir nəfəri yaraladı, hərbçilər köməyə gəldi -FOTO
"Whatsapp"da möhtəşəm YENİLİK

Qulaqcıqlarla bağlı CİDDİ XƏBƏRDARLIQ -Geri dönməz dəyişikliklərə səbəb olur

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı