Amazon-un qurucusu Ceff Bezos Bloomberg-ə görə yenidən dünyanın ən zəngin adamı olub.
Oxu24.com xəbər verir ki, bu barədə agentliyin saytında bildirilir.
MarketWatch yazır: "Bezos Bloomberg milyarderlər reytinqində Tesla-nın baş direktoru İlon Maskı əvəz etdi".
Bu, 2021-ci ilin sonundan bəri ilk dəfə baş verib.
Buna səbəb martın 4-də Tesla səhmlərinin yeddi faizdən çox ucuzlaşması olub. Amazon səhmləri isə öz növbəsində, demək olar ki, 17 faiz bahalaşıb.
Bloomberg-in məlumatına görə, Bezosun ümumi sərvəti hazırda 200 milyard dollar, Maskınki isə 198 milyard dollardır.
Daha əvvəl, 2023-cü il dekabrın sonunda Mask yenidən planetin ən varlı adamı oldu. Həmin vaxt Tesla rəhbərinin sərvəti 229 milyard dollar qiymətləndirilirdi. 2023-cü ilin əvvəlində bu məbləğ 92 milyard dollar az idi.
Miri
Oxu24.com
ŞƏRHLƏR