Fransa dünyada qadının hamiləliyini dayandırmaq hüququnun konstitusiyada təsbit edildiyi ilk ölkə oldu.
Oxu24.com BFMTV-yə istinadən xəbər verir ki, bu qərarı martın 4-də Versal sarayında keçirilən qurultayda toplaşan respublika parlamenti təsdiqləyib.
1958-ci il konstitusiyasına belə bir maddə əlavə edildi: “Qadınların hamiləliyini könüllü olaraq dayandırmaq hüququna qanunla təminat verilir”.
Bu, müasir Fransanın təsis sənədinə edilən 25-ci və 2008-ci ildən bəri ilk düzəlişdir.
Maddənin konstitusiyaya daxil edilməsinin lehinə 780 deputat, əleyhinə isə 72 deputat səs verib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Tramp İllinoys ştatında tərəfdarlarının mitinqində ABŞ Ali Məhkəməsinin abort hüququnun təminatlarının ləğvini tam dəstəklədiyini bildirib.
Bir gün əvvəl ABŞ-dakı Quttmacher İnstitutunun tədqiqatçıları abort qadağasından təsirlənəcək qadınların sayını təxmin etdilər - ehtimal ki, bu, 40 milyon amerikalı və ya ABŞ-ın uşaq doğurma yaşındakı qadın əhalisinin 58%-ni təşkil edəcək.
50 ştatdan 26-sı abortu qanuni olaraq qadağan edə bilər. Üstəlik, 26 ştatdan 23-də bu, yüksək ehtimalla həyata keçiriləcək.
Nigar
Oxu24.com
ŞƏRHLƏR