Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103851
az

“Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İB maarifləndirici çarx çəkib - FOTO + VİDEO

12:1104 Mart, 2024
250
  • A

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan narkomaniyaya və QİÇS-in yayılmasına qarşı uğurlu siyasəti dəstəkləmək məqsədilə yaradılan “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkoman övlad... bir gün peşiman olacaqsan!” adlı maarifləndirici çarx çəkilib.

Sosial çarxın əsas məqsədi ölkə əhalisini, xüsusilə müstəqil həyata yeni başlayan gəncləri narkomaniya, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. barədə maarifləndirməklə, onların vətənpərvər və sağlam ruhda böyümələrinə yardımçı olmaqdır.

 

Layihənin davamı olaraq, Bakı şəhərindəki 21 və 74 nömrəli tam orta məktəblərdə narkomaniya və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilmiş, çəkilən sosial çarxın təqdimatı olub.

 

Tədbirlərdə “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyinin direktoru Nihad Hüseynli, “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyinin direktoru Şahin Hüseynov, Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Ceyhun Alıyev, məktəblərin rəhbərliyi və müəllimlər çıxışlar ediblər.

 

Tədbirlərdə bu bəlanın yayılmaması üçün narkotik və psixotrop maddələrdən istifadənin mənfi təsirləri barədə hər kəsin, əsasən də valideynlərin və müəllimlərin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin daha ciddi aparılması vurğulanıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu prospektdə təmir aparılır- Video
Vilayət Eyvazov "Polis Günü"nə həsr olunmuş tədbirdə iştirak etdi- VİDEO
Los-Ancelesdəki baş konsul geri çağırılıb

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video