"Spartak"ın futbolçusu Quincy Promes BƏƏ-də ev dustaqlığına salınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Martın 3-də NRC Handelsblad qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, idmançının ev dustaqlığına salınmasına səbəb yol qəzası olub.
Hollandiya səlahiyyətliləri Amsterdam məhkəməsi tərəfindən kokain qaçaqmalçılığı işi ilə bağlı 6 il həbs cəzasına məhkum edilmiş Promesin ekstradisiyası üçün də danışıqlar aparır.
Xatırladaq ki, fevralın 14-də Hollandiya məhkəməsi Quincy Promes-i narkotik qaçaqmalçılığına görə 6 il müddətinə azadlıqdan məhrum etmiş, bundan sonra idmançı beynəlxalq axtarışa verilmişdi.
Fevralın 27-də futbolçunun müdafiəçisi məhkəmənin qərarından apellyasiya şikayəti verib.
Fevralın 29-da BƏƏ-dən “Spartak”ın oyunçularının Rusiyaya uçduğu təyyarəyə Promes buraxılmayıb.
Martın 1-də RİA Novosti polisdəki mənbəyə istinadən bildirir ki, hollandiyalı futbolçu Dubayda həbsdən azad edilib. İlkin məlumata görə, onun saxlanılması yol qəzası ilə bağlıdır.
Nigar
Oxu24.com
ŞƏRHLƏR