Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103808
az

ABŞ Hərbi Hava Qüvvələri pilotsuz döyüş təyyarələri üçün kütləvi istehsal proqramına başlayıb

21:2403 Mart, 2024
188
DÜNYA
  • A

ABŞ Hərbi Hava Qüvvələri beş il ərzində 500 pilotsuz döyüş təyyarəsi istehsal edəcək.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə The Wall Street Journal yazır.

 

Müvafiq proqram çərçivəsində ortamüddətli perspektivdə minlərlə belə dronun yaradılması planlaşdırılır.

Belə qırıcıların vəzifəsi beşinci nəsil qırıcı F-35 və ABŞ-ın yeni B-21 bombardmançısı kimi təyyarələri döyüşdə müşayiət etmək və qorumaq olacaq.

 

Qeyd olunur ki, ənənəvi qırıcıların bahalaşması fonunda ucuz dronların kütləvi istehsalı aktuallaşıb. Dronlar süni intellektlə təchiz ediləcək ki, bu da bir neçə min saatlıq döyüşün yazılarının təhlili əsasında döyüş taktikasını təkmilləşdirəcək.

Daha əvvəl pilotsuz uçan aparatlar üzrə mütəxəssis Fedutinov demişdi ki, süni intellektlə işləyən PUA-lar gələcək müharibələrdə əsas silaha çevriləcək.

ABŞ ekspertlərinin fikrincə, pilotsuz təyyarələrlə əməkdaşlıq edən pilotsuz “sadiq qanadçılar” müxtəlif tapşırıqları yerinə yetirə biləcəklər - kəşfiyyat aparmaq, müxtəlif hədəflərə (yer, dəniz və hava) zərbələr endirmək, düşmənin radio siqnallarını boğmaq və ya fırıldaqçı kimi çıxış etmək.

Bundan əvvəl ABŞ Hindistana 3,99 milyard dollara pilotsuz təyyarələrin mümkün satışını təsdiqləyib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə reaksiya
Mask tarixə düşdü
MAQATE Ukraynanın tələbi ilə fövqəladə iclas keçirəcək

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb