Şimali Koreya lideri Kim Çen In bu gün ABŞ prezidenti Donald Trampla görüşür. KXDR rəhbəri bu məqsədlə Vyetnama gəlib.
Kim Çen Inı Donq-Danq vağzalında Vyetnamın hökumət nümayəndələri qarşılayıb. Koreyalı lider bura zirehli qatarla gəlib.
Sosial şəbəkələrdə onun qarşılanma mərasimi ilə bağlı müxtəlif videolar peyda olub. Videolardan biri lap maraqlıdır. Görünür ki, Kim Çen Inın tərcüməçisi qatardan düşməkdə yubanır və milli liderin vyetnamlı nümayəndə ilə söhbətə başlamasına özünü qaça-qaça çatdırır. Onlar əl sıxmağa başlayanda tərcüməçi özünü yetirir. Hərçənd, bu qədər həyəcanlanmağa ehtiyac yoxdur. Vyetnamlı tərcüməçi uzaqda deyildi.
Kim Çen Inın tərcüməçisini də anlamaq lazımdır. Şimali Koreyada belə səhvlərə görə edam oluna bilərsiniz.
Videonu cənubi koreyalı jurnalist-frilanser çəkib. O bunu “Twitter”də paylaşıb. Video qısa zamanda populyarlaşıb. Tərcüməçi də məşhurlaşıb. Məşhur qəzetlər, informasiya agentliklərə videoya zarafatla yanaşıblar.
Oxu24.com
ŞƏRHLƏR