Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə göndərdiyi mesajda Qərbə ünvanladığı sözlər mütləq ünvan sahibi tərəfindən eşidilməlidir.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 3-də keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Qərb dövlətləri Rusiya liderinin sözlərinə əhəmiyyət verməsələr, qəribə olardı.
“Bunlar sadəcə siqnallar deyil, bunlar, ümumiyyətlə, vaxtı keçmiş, çox danışdıqları mesajlardır və biz onlara hər zaman başa saldıq. Amma o qədər aydın, dəqiq və konkretdir ki, məncə, onlar bunu eşitməlidirlər”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR