Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103779
az

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

17:2103 Mart, 2024
399
HÜQUQ
  • A

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Qurumdan Oxu24.com-a bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra iclasda möhtərəm cənab Prezident İlham Əliyevin 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə vəkilliyin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmiş Rüstəmova Natəvan Famil qızına mükafat təqdim olunub. Sədr dövlət təltifinə layiq görülən vəkili təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Natəvan Rüstəmova əməyinə verilən yüksək qiymətə, göstərilən etimada görə dövlət başçısına sonsuz minnətdarlıqlarını ifadə edib.

Həmçinin, iclasda Gəncə şəhərində yerləşən inzibati binanın təmiri ilə əlaqədar görülən işlər və işlərin gedişi barədə məruzələr dinlənilib. Diqqətə çatdırılıb ki, hazırda binanın təmir işləri davam etdirilir, bu ilin yayında yekunlaşdırılaraq təhvil verilməsi nəzərdə tutulub.

Eyni zamanda, “Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən satınalmaların keçirilməsi Qaydaları"nın yeni redaksiyada təsdiq edilməsi ilə bağlı məsələ müzakirə olunub və müvafiq qərar çıxarılıb.

Bundan başqa, “Elektron vəkillik" Komitəsi tərəfindən elektron xidmətlər sahəsində görülən işlərin təqdimatı olub. Qeyd olunub ki, 5 Vəkil Bürosunda pilot layihə kimi uğurla yekunlaşan "Elektron vəkil orderi"nə yaxın günlərdə Kollegiyanın hər bir üzvü "Elektron vəkil kabineti" vasitəsilə daxil ola biləcək. Bu sistem vasitəsi ilə vəkillər vaxtlarına qənaət edəcək, onlar vəkil qurumlarının inzibati binasına getmədən vəkil orderi əldə edə biləcəklər.

Daha sonra ARVK-nın ictimai fəaliyyətinə verdiyi töhfələrə görə Kollegiyanın Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun müdiri Fariz Məmmədov Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə, "HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri, “Elektron vəkillik" Komitəsinin sədri Nihad Əliyev və həmin Komitənin üzvü İlham Hüseynov isə “Fəxri Fərman”la təltif ediliblər.

İclasda Vəkillər Kollegiyasının Akademiyasının rektoru Əmir Əliyevin "Biz gələcəyin vəkilləriyik" adlı qış düşərgəsi layihəsi ilə bağlı maddi dəstəyin göstərilməsinə dair müraciətinə baxılıb və Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

İclasın davamında bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi və vəkillik fəaliyyətinin dayandırlması, o cümlədən vəkilin maddi yardımla bağlı müraciətlərinə baxılaraq müvafiq qərarlar çıxarılıb.

Həmçinin, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hakimliyə namizədlər üçün   imtahan    keçiriləcək
Zaxarovanın ATƏT-ə vizası ləğv edildi- Lavrovdan AÇIQLAMA
Ali Məhkəmə mühüm məlumat yaydı

WhatsApp-da yeni funksiyalar

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İki keçmiş nazir həbs olundu