Kanada Aleksey Navalnının ölümü ilə əlaqədar yeni anti-Rusiya sanksiyaları elan edib.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coliyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, sanksiyalar “altı rusiyalı məmura, o cümlədən Rusiya prokurorluğunun, məhkəmə və islah xidmətlərinin yüksək vəzifəli şəxsləri və yüksək rütbəli əməkdaşlarına” təsir edəcək.
Martın 1-də Avstraliya Navalnının ölümünə görə Rusiyaya qarşı sanksiyalar elan edib.
Fevralın 29-da bildirildi ki, səkkiz Avropa ölkəsi Aleksey Navalnının ölümünə görə Avropa İttifaqının Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar hazırlaması üçün diplomatik səylər göstərir.
Miri
Oxu24.com
ŞƏRHLƏR