Rusiyalı cüdoçu Kazbek Zankişiyev 31 yaşında vəfat edib.
Oxu24.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Cüdo Federasiyasının mətbuat xidməti yayıb.
İdmançının ölüm səbəbi açıqlanmayıb.
Zənkişiyev 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında komanda birinciliyində bürünc, bir il əvvəl isə 100 kiloqram çəki dərəcəsində Avropa çempionatında bürünc medal qazanıb.
"O, istedadlı idmançı və layiqli insan idi. Bu, yerli cüdo üçün əsl itkidir", - federasiyanın mətbuat xidməti qeyd edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR