Dəm qazı təmiz gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən, təbii qazın, neft məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.Dəm qazından zəhərlənmənin ən təhlükəli tərəfi dəm qazı sızmasının hiss olunmamasıdır. O, tədricən insana təsir edərək huşun itməsinə səbəb olur. Zəhərlənmə öz təsirini ilk 5, 7, 10-cu dəqiqədə göstərir.
Təəsüflər olsun ki, Azərbaycanda bu məsələ hələ də öz aktuallığını qoruyub saxlayır. İllərdir, bu cür amansız hadisələrin baş verməməsi üçün maarifləndirici tədbir görülür, təbliğatlar aparılır, buna rəğmən analoji hadisələrin sayı azalmır. Elə bu gün ölkəmizdə 2 nəfər dəm qazından zəhərlənərək həyatını itirib. Onlardan biri 2 yaşlı körpə, digəri isə 18 yaşlı tələbədir.
Maraqlıdır, görəsən, bu arzulonmaz hadisələr niyə baş verir və bu cür xoşagəlməz halların yaşanmaması üçün daha hansı işlər görülməlidir ?
Suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert
Elmar Nurəliyev "Sherg.az”a bu sayaq hadisələrin baş vermə səbəbini belə izah edib : "
İnsanların yetərincə maarifləndirilmirelər. Sadə təhlükəsizlik qaydalarına əməl etmirlər. Həmçinin ev şəraitində düzələn sobalar keyfiyyətsiz olur. Onların boruları tez-tez təmizlənmir və nasazlıq yaranır. Bundan başqa bacalar ən azı ildə 2 dəfə təmizlənməlidir, lakin təmizlənmir.
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yalnız sertifikatı olan, düzgün işləyən sobalardan və qaz cihazlarından istifadə etmək gərəkir.
Eyni zamanda sobaların tüstü çıxaran borularını düzgün quraşdırmaq, bu boruların keçiriciliyini mütəmadi olaraq yoxlamaq, vanna otağında nəfəslikləri açıq saxlamaq, otaqların havasını vaxtaşırı dəyişdirmək lazımdır.
Zəhərlənmə zamanı zərərçəkən dərhal açıq havaya çıxarılmalıdır. Zərərçəkənin alnına, sinəsinə soyuq "kompres” qoyulmalıdır. Zərərçəkən nəfəs almırsa və ürəyi dayanıbsa, ürəyin xarici masajı və süni tənəffüslə dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır”.
Oxu24.com
ŞƏRHLƏR