Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103727
az

Baş həkim və arvadı buna görə öldürülübmüş - TƏFƏRRÜAT

11:1102 Mart, 2024
863
KRİMİNAL
  • A

Salyanda sabiq baş həkim və həyat yoldaşının xüsusi amansızlıqla qətlə yetirilməsinin səbəbi məlum olub.

Oxu24.com  xəbər  verir  ki, Metbuat.az-ın əldə etdiyi məlumata görə, hadisə qarət məqsədi ilə törədilib.

Gecə saatlarında evə daxil olan naməlum şəxs və ya şəxslər 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanı qətlə yetirərək meyitləri evin həyətindəki bağda gizlədib. Daha sonra cinayətkar evdə axtarış aparıb.

Hər iki şəxsin öldüyünə əmin olandan sonra həmin şəxs və ya şəxslər evdən külli miqdarda pul, qızıl və digər qiymətli əşyaları götürüb hadisə yerindən uzaqlaşıb.

Xatırladaq ki, martın 1-də səhər saat 10:30 radələrində Salyan rayonunun Kərimbəyli kəndində 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı, 1963-cü il təvəllüdlü Münəvvər Məmmədovanın yaşadıqları evdə üzərlərində zorakılıq əlamətləri olan meyitlərinin olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri görülür. Hələlik qətli törədən şəxs və ya şəxslər məlum deyil.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğurladıqları kartla alış-veriş etdilər
Goranboyda qızıl oğurlayan qadın saxlanıldı
Mal-qara oğurlayanlar tutuldu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər