Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103711
az

“Zelenski erməni hərbi əsirlərlə birlikdə Bakıdan İrəvana gəlməli imiş” - ŞOK İDDİA

09:2702 Mart, 2024
114
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenskinin Ermənistana mümkün səfəri ilə bağlı qərar Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Britaniya Xarici Kəşfiyyat İdarəsinin (MI6) rəhbəri Riçard Mur arasında keçirilən görüşdən sonra qəbul edilib.

 

Musavat.com xəbər verir ki, bu barədə ermənilərin 24News saytı məlumat yayıb.

 

“Anonim həmsöhbətimizin sözlərinə görə, Mur regional səfər məntiqi çərçivəsində Paşinyanı Zelenskini qəbul etməyə inandıra bilib: yəni Zelenski Bakıya getməli, sonra İrəvana gəlməli idi. Səfərin təşkili üçün hətta ingilislər Ermənistan hakimiyyətinə Azərbaycana təzyiq göstərəcəklərini vəd ediblər. Üstəlik, guya Zelenski erməni hərbi əsirlərlə birlikdə Bakıdan İrəvana gəlməli imiş. Britaniyalılar bu addımla Zelenskinin sülhməramlı kimi reytinqini yüksəltməyə və Ermənistan-Rusiya münasibətlərinə növbəti zərbə vurmağa hazırlaşıblarmış.

Əldə etdiyimiz məlumata görə, Paşinyan əvvəlcə bu ideyaya həvəslə yanaşsa da, sonradan ölkə daxilində səfərin mümkün fəsadları müzakirə olunmağa başlayanda vaz keçib. Bundan sonra Ermənistan baş naziri Ukrayna prezidentini yalnız regional səfər çərçivəsində qəbul edəcəyi barədə şərt qoyub”, - deyə xəbərdə bildirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda əsgər GÜLLƏLƏNDİ
İtaliya silahlarından Rusiyaya atəş açmağa icazə vermədi
Berlin polisi Rusiya bayraqları və Müqəddəs Georgi lentlərindən istifadəni qadağan edib

Günəşdə 10 güclü alışma baş verib

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı