Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103706
az

Uçuş təxirə salındı, aeroportu dağıtdılar - VİDEO

00:3202 Mart, 2024
134
DÜNYA
  • A

"Dana Air" şirkətinin uçuşu ləğv etməsindən narazı olan sərnişinlər Nigeriyanın Laqos şəhərindəki Murtala Muhammed hava limanında terminal infrastrukturunu dağıdıblar.

OXU24.COM  lent.az-a istinadən bildirir ki, uçuş gözləyən bir qrup şəxs hava limanının işçilərinə hücum edib və avadanlıqları məhv edib.

Uzun müddət gözlədikdən sonra səbri tükənən sərnişinlər personala hücum edərək kompüter avadanlıqlarını dağıtmağa başlayıblar. Vəziyyət o həddə çatıb ki, asayişi bərpa etmək üçün hərbçiləri cəlb etməli olublar. Qadın və digər sərnişinlər baqajlarını almaq üçün gəliş zonasına daxil ola bilməyiblər.

Sosial şəbəkələrdə qəzəbli sərnişinlərin kassa aparatlarını dağıtmasını əks etdirən video yayılıb. Adının açıqlanmasını istəməyən hava limanının əməkdaşı davanı təsdiqləyib və ləğv edilən reysin ilkin olaraq fevralın 11-dən 12-nə təxirə salındığını deyib.

"Dana Air" rəsmi açıqlamasında reysin gecikməsini sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə izah edib. Şirkət həmçinin insidentlə əlaqədar təyin olunmuş reysini yerinə yetirə bilməyən bütün sərnişinlərə kompensasiya vəd edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan
Belqorodda ölənlərin sayı 14-ə çatdı - YENİLƏNDİ
Şoyqu bu vəzifəyə təyin edildi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər