Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Ukrayna heç vaxt prezident Vladimir Zelenskinin Ermənistan və Azərbaycana səfəri barədə məlumat verməyib.
Oxu24.com xəbər verir ki, Nikiforov Ermənistan mətbuatının Zelenskinin Bakı və İrəvana “səfərinin ləğvi” ilə bağlı məlumatını belə şərh edib.
O, xüsusilə qeyd edib ki, Kiyev heç vaxt belə bir səfər barədə məlumat verməyib, ona görə də Prezident Aparatı onun ləğvi barədə heç nə deyə bilməz.
Fevralın sonunda Zelenskinin bu ölkəyə səfəri Ermənistanda açıqlanıb. Erməni mətbuatı da xəbər yayıb ki, bundan sonra Ukrayna prezidenti guya Azərbaycana səfər edəcək.
Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı nə təsdiq, nə də təkzib edərək, yalnız xarici liderlərin səfərləri barədə ictimaiyyəti “vaxtında” məlumatlandırdıqlarını qeyd edib.
Öz növbəsində Ukraynanın İrəvandakı müvəqqəti işlər vəkili Valeri Lobaç da belə bir səfərin mümkünlüyündən təmkinlə danışıb. “Bahar Ermənistana müsbət hadisələr gətirəcək”.
Miri
Oxu24.com
ŞƏRHLƏR