Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103635
az

16 yaşında ərə verilən toyundan görüntülər - YENİLƏNİB - VİDEO

19:4229 Fevral, 2024
129
CƏMİYYƏT
  • A

19:31

Masallıda 16 yaşlı qızın 27 yaşlı kişiyə ərə verilməsi ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Sözügedən görüntülər Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində yayımlanıb.

Videoda 16 yaşlı qızın toy mərasimindən görüntülər əks olunub.

OXU24.COM xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 16 yaşlı F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər. 

Ətraflı süjetdə:

----------

17:08


Masallı rayonunda gənc qızın ərə verilməsi barədə bir neçə təfərrüat məlum olub.

OXU24.COM  xəbər verir ki, kənd sakini F.H.-nın 12 yox, 16 yaşı var. Babasının himayəsində olan F.H. Bakı şəhərində yaşayan 27 yaşlı kişiyə ərə verilib. Toy mərasimi fevral ayında paytaxtda keçirilib. Hazırda F.H. Masallı rayonuna babasının yanındadır. 

Digər əldə etdiyimiz məlumata görə, F.H.-nın atası 2014-cü ildə həyat yoldaşını qətlə yetirib. Hazırda ata cəzaçəkmə müəssisəsindədir. Bu səbəbdən qız, onun bacısı, qardaşı babanın himayəsində böyüyüblər. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisədən məlumatlıdırlar. Hazırda həmin məsələ ilə bağlı Masallı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, ötən gün "Xəzər" TV-də yayımlanan "Təsir dairəsi" verilişində 12 yaşında olduğu deyilən yeniyetmənin özündən yaşca çox böyük biri ilə evləndirilməsi barədə məlumat verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ümummilli lider Heydər Əliyevin doğum günüdür
Azərbaycanda hərbi xidmətə çağırış yaşı ARTIRILIR? - AÇIQLAMA
Diabet xəstələri üçün olan qidalar niyə bahadır? - VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ