Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10362
az

Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş – Təfərrüat

09:2227 Fevral, 2019
1028
CƏMİYYƏT
  • A
 
Xəbər verdiyimiz kimi, Quba rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı “Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub.

Oxu24.com   Unikal.org-a istinadən xəbər verir ki, Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimdir. Zeynalovlar Qubada yaşayır. Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyətinin başçısının müavinidir. Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur.

A.Zeynalovun adı mətbuata heç də yad deyil. Belə ki, onun oğlunun davranışları və bahalı obyektləri daim ictimaiyyətin müzakirəsinə səbəb olub.

Xatırladaq ki, A.Zeynalovun oğlu Əbil Zeynalov 2013-cü ilin iyunun 9-da paytaxtın Azadlıq meydanında idarə etdiyi 190 min manatlıq “Mercedes Gelandwagen” markalı avtomobillə 13 yaşlı paytaxt sakini Tahirə İsmayılovanı vuraraq öldürmüşdü.

Hadisə zamanı tutulan 19 yaşlı sürücünün daha sonra sərbəst buraxılması vəziyyəti daha da qəlizləşdirib və sosial şəbəkələrdə ciddi etirazlara səbəb olmuşdu.

Bundan başqa A.Zeynalov Hüseynqulu Bağırov tərəfindən Qubada meşə fondu torpaqlarındakı “Orman” adlanan ictimai iaşə obyektinin qanunsuz olaraq sökülməsi haqqında xəbərlə gündəmə gəlmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Onların cənazələri Bakıya gətirildi -CANLI / YENİLƏNDİ
Qırmızı kürü ikiqat bahalaşdı
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır