Meksikanın Miçoakan ştatında bir neçə saat fərqlə iki rəqib merliyə namizəd silahlı hücum nəticəsində həlak olub.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Mühafizəkar Milli Fəaliyyət Partiyasının (PAN) namizədi Armando Peres və hakim sol təmayüllü Morena partiyasından Migel Anqel Reyes bir neçə saat aralı hücumlarda öldürülüb.
Peresin öldürülməsindən qısa müddət sonra namizəd yoldaşı Reyesin cəsədi həkim işlədiyi xəstəxananın yaxınlığında tapılıb.
Meksika prezidenti Andrés Manuel López Obrador gündəlik mətbuat konfransında qətlləri "kədərli" adlandırıb. Meksikanın təhlükəsizlik naziri Rosa Icela Rodriguez hökumətin 2024-cü il seçkilərinə qədər zorakılığı azaltmağa çalışdığını bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR