Argentina millisinin heyətində 2022-ci il dünya çempionu olan Lionel Messi İnstragram-da 500 milyon abunəçi qazanan ikinci şəxs olub.
Oxu24.com xəbər verir ki, O, Portuqaliya millisinin tərkibində 2016-cı il Avropa çempionu Kriştiano Ronaldonun nailiyyətini təkrarlayıb.
Hazırda Ronaldo bu sosial şəbəkədə ən populyar şəxs olaraq qalır: 623 milyon insan onu izləyir. O və Messi müğənni Selena Qomez (430 milyon - üçüncü yer), model Kayli Cenner (400 milyon - dördüncü yer) və aktyor Dueyn Conson (397 milyon - beşinci yer) kimi məşhurlardan geri qalır.
İdmançılardan danışırıqsa, Messi və Ronaldodan sonra 251 milyon izləyicisi ilə hindistanlı kriketçi Virat Kohli (ümumilikdə 16-cı yer) birincidir.
Ronaldo və Messidən sonra braziliyalı hücumçu Neymar çox məşhurdur. 219 milyon abunəçi ilə ümumilikdə 20-ci yerdədir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR