Novosibirskli vəkil Vasili Dubkov Moskvada saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Novaya Qazeta Europe” və BBC Rus Xidməti mənbələrə istinadən məlumat yayıb.
Medianın məlumatına görə, vəkil ictimai asayişi pozmaqda ittiham olunur.
Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Dubkov Aleksey Navalnını müdafiə edirdi.Navalnının ölümündən sonra Dubkov anası Lyudmila İvanovna ilə birlikdə siyasətçinin cəsədini almaq üçün Salekharda getmişdi.
2023-cü ilin oktyabrında Navalnının üç vəkili, Aleksey Liptser, İqor Serqunin və Vadim Kobzev “ekstremist icmada” iştiraka görə cinayət işi üzrə istintaq təcridxanasına göndərilib. Rusiyanı tərk edən müxalifətçinin daha iki müdafiəçisi Olqa Mixaylova və Aleksandr Fedulov qiyabi həbs edilərək eyni iş üzrə axtarışa verilib. İstintaqın məlumatına görə, siyasətçi koloniyadan məlumatları vəkilləri vasitəsilə yoldaşlarına ötürüb.
Miri
Oxu24.com
ŞƏRHLƏR