Moskvada Rusiya Dövlət Humanitar Elmlər Universitetinin 4-cü kurs tələbəsi 22 yaşlı qrup yoldaşının başını çəkiclə zədələyib.
Oxu24.com REN TV-yə istinadən xəbər verir ki, hadisənin fevralın 26-da baş verib.
"Tələbə sinif yoldaşını çəkiclə vurub, başını partladıb. Yaralı qızdan qan axmağa başlayıb", - deyə mənbə bildirib.
Zərərçəkmiş tibb müəssisəsinə aparılıb və qısa müddətdən sonra evə buraxılıb. Hadisədən sonra tələbə yoldaşına hücum edərək döyən 22 yaşlı tələbə saxlanılıb.
Faktla bağlı araşdırma aparılıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR