Qaynar xətt:

(+99450) 247 90 86

Kral infeksiyaya yoluxdu,xəstəxanaya düşdü

DÜNYA

192

27.02.2024, 19:37

Norveç kralı V Harald Malayziyada tətildə olarkən infeksiya diaqnozu qoyulduqdan sonra xəstəxanaya yerləşdirilib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Norveçin NRK yayım korporasiyası monarxın ailəsinin nümayəndələrinə istinadən öz saytında məlumat yayıb.

 

Medianın   məlumatına görə, 87 yaşlı kral xəstəxanadadır və ona həm Malayziya, həm də Norveç tibb işçiləri tərəfindən bütün lazımi yardım göstərilir.

Yanvarın sonunda kralın xəstəlik məzuniyyətində olduğu, lakin bir neçə gündən sonra işə qayıtdığı qeyd edilir. Keçən ilin may ayında o da infeksiyaya görə xəstəxanaya yerləşdirilmişdi  bir neçə gün klinikada qalmışdı.

2022-ci ilin avqustunda V Harald qızdırma ilə xəstəxanaya yerləşdirildi. Bundan əvvəl Norveç kralı COVID-19-a yoluxmuşdu.

V Harald 1991-ci ildən Norveçə rəhbərlik edir. O, 1905-ci ildə İsveç-Norveç İttifaqının dağılmasından sonra ölkəni idarə etməyə başlayan Qlüksburq sülaləsindən olan üçüncü monarxdır.

 

Miri