Moskvanın Basmannı məhkəməsi azərbaycanlı döyüşçü Cabbar Yusiflini silah satdığına görə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edib.
Oxu24.com xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
“Moskvanın Basmannı rayon məhkəməsinin hökmü ilə Yusifi Cabbar Asif oğlu cinayət törətməkdə təqsirli bilinib.O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə ittiham edilib.(Silahın, odlu silahın əsas hissələrinin, döyüş sursatının qanunsuz əldə edilməsi, verilməsi, satışı, saxlanması, daşınması, göndərilməsi və ya aparılması) ”,- deyə rəsmi məlumatda qeyd olunur.
Məhkum cəzasını ümumi rejimli islah koloniyasında çəkəcək.
Yusifi ötən il martın 9-da Moskvada saxlanılıb. O, Moskva Dairəvi Yolu ilə hərəkətdə olarkən polisin saxlama tələbinə məhəl qoymayıb, bundan sonra təqib başlayıb. Həmin şəxs avtomobilini tərk edərək qaçmağa çalışıb. Onun qarşısını almaq üçün asayiş keşikçiləri xidməti silahlarından atəş açmalı olub, iki xəbərdarlıq atəşi açıblar. Həbs zamanı O, tapançanı yerə atıb. Həbs edilən Yusif Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü, pankration üzrə Rusiya çempionatının qalibidir. Eyni zamanda, o, Ukraynanın tələbi ilə İnterpolun axtarışına verilib və o, Rusiyada da federal axtarışda olub. Cabbar Yusifi Rusiyada qanunsuz silah saxlamaqda, Ukraynada isə qətl törətməkdə şübhəli bilinir.
Bəzi məlumatlara görə, 2022-ci ildə Yusifi Dnepr çayının mərkəzində bir nəfəri güllələyib. Belə bir versiya var ki, o, öz anasının sevgilisinə 9 dəfə atəş açıb.
Yusifi yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının tərkibində Gənclərin Olimpiya Oyunlarında çıxış edib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR