Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103506
az

İsveçin NATO-ya üzvlüyünün Rusiyaya ziyanı...

18:0627 Fevral, 2024
140
CƏMİYYƏT
  • A

“İsveç və Finlandiyanın Atlantik ittifaqa qəbulu Baltik və Arktik regionlarında geostrateji vəziyyəti ciddi şəkildə dəyişir”.

“OXU24.COM ” xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərlinin İsveçin NATO-ya üzvlük prosedurunun tamamlanmasına dair şərhində qeyd olunub. 

Onun sözlərinə görə, bu iki dövlət 2 əsrlik neytrallığına son qoyaraq rəsmən bir hərbi-siyasi bloka qoşuldu: “İsveç güclü ordusu və hərbi infrastrukturu (yeraltı aerodromlara və dəniz bazalarına malikdir), güclü hərbi sənayesi ilə NATO-ya böyük töhfə verəcək imkanlara sahibdir. Hətta vaxtilə yarımçıq qoyduğu nüvə proqramı da var. İsveç NATO-da “təhlükəsizliyi istehlak edən deyil, istehsal edən” dövlətlərdən biri olacaq.   

İsveç və Finlandiyanın Atlantik ittifaqa qəbulu Baltik və Arktik regionlarında geostrateji vəziyyəti ciddi şəkildə dəyişir. Əvvəl Baltik dənizinin cənub sahil xəttinə NATO üzvləri Estoniya, Latviya, Litva, Polşa və Almaniya tərəfindən nəzarət edilirdisə, Finlandiya və İsveçin üzvlüyündən sonra şimal sahilləri də alyansın nəzarətinə keçdi və Baltik dənizi “NATO gölü” halına gəldi. 

Rusiyanın burada iki hərbi dəniz bazası var: Kornştadt (Sankt-Peterburq) və Baltiysk (Kalininqrad). Ehtimal olunan qarşıdurma zamanı NATO Fin Körfəzini bağlayıb həm bu 2 bazanın bir-biri ilə əlaqəsini kəsə, həm də ümumən Rusiyanı Baltik dənizindən təcrid edə bilər. Bu halda Kalininqrad tam blokada şəraitində qalacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Metrodan istifadə edənlərin nəzərinə! - Sabah...
O maşını kim sürürdü? - 17 yaşı var imiş
Nizaməddin Şəmsizadə komaya düşdü

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
21 yaşlı oğlan özünü bıçaqlayıb