Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1035
az

Sarkisyan Azərbaycana gətirilə bilər

21:0124 Aprel, 2018
3089
DÜNYA
  • A
 Keçmiş baş nazir və prezidentin tutulub həbs edilməsi mümkün hadisədir.
 
Oxu24.com teleqraf.com-a istinadən xəbər verir ki, bu mövzuda danışan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, Sarkisyanı Azərbaycanda, xüsusilə Xocalıda törətdiyi cinayətlərə görə cəzalandırmaq mümkündür:
 
"Açığı, Azərbaycan tərəfinin Sarksiyanı beynəlxalq axtarışa verməsi, onun cinayətləri haqqında müəyyən sənədləri İnterpola təqdim etməsi haqqda məndə məlumat yoxdur. Bəlkə də, ediblər. Təbii ki, hər bir ölkə çalışır ki, öz vətəndaşını mühakimə olunmaq üçün başqa dövlətə təslim etməsin. Bu baxımdan Ermənistanda rəsmi statusa malik Sarkisyanın mühakimə edilməsi üçün Azərbaycana verilməsi ehtimalı sıfıra bərabərdir. Amma hər halda Azərbaycan tərəfi cəhd göstərməlidir ki, üçüncü dövlətlərdə Sarkisyanın həbsini reallaşdıra bilsin. Bir neçə gün əvvəl Hüseyn Abdullayevin Türkiyədə saxlanaraq, Azərbaycana gətirilməsi hadisəsi baş verdi. Sərkisyanın həbsi də ancaq bu cür reallaşa bilər. Yəni, bu qatilin həbsi üçüncü ölkələrin vasitəsilə reallaşa bilər”.
 
Hüquqşünas deyir ki, Sarkisyanın həbsi üçün Azərbaycan tərəfi tələb edilən beynəlxalq prosedurları həyata keçirməlidir:
 
"Bunun üçün Sarkisyan barəsində axtarış elan olunmalı, onun ittiham olunduğu sənədlər rəsmən İnterpola təqdim edilməlidir. Bundan sonra Sarkisyan axtarışda olan şəxs kimi qiymətləndirilir. Və proses beləcə başlayır, üçüncü ölkələr vasitəsilə onun saxlanılması, başının ağrıdılmasına cəhdlər olunur. Qanuni yol budur. Sözsüz ki, bu günə qədər Sarksiyan böyük vəzifələr daşıyırdı. Əslində bu vaxta qədər onun barəsində axtarış verilsəydi, yaxşı olardı. Təbii ki, prezidentin və baş nazirin üçüncü ölkədə həbs edilərək tələb olunan ölkəyə ekstradisiya olunması beynəlxalq praktikada yoxdur. Amma keçmiş baş nazir və prezidentin tutulub həbs edilməsi mümkün hadisədir. Burada söhbət təkcə Sərkisyandan getmir. Qarabağ klanı yəqin ki, vurulacaq. Onların hamısı zamanında Qarabağda Azərbaycana qarşı vuruşub, mülki əhalimizə divan tutublar. Onların hamısı barədə beynəlxalq axtarış elan olunmalıdır. Səhv etmirəmsə, o zaman prokurorluq cinayət işi qaldırılmışdı və istintaq aparılırdı. Sonradan bu işin dayandırılıb-dayandırılmadığı haqda məndə informasiya olmadı. Sərksiyan, Köçəryan və digər şəxslər Qarabağ faciəsi, ən azı Xocalı soyqırımına görə məsuliyyət daşıyır. Hər halda Azərbaycan bu istiqamətdə beynəlxalq fəaliyyəti gücləndirməlidir”.
 
Qeyd edək ki, Ermənistanda xunta rejiminin başında duran Serj Sərkisyanın etiraz aksiyaları səbəbindən baş nazir vəzifəsindən istefa verməsi dünya mediasının gündəm mövzusuna çevrilib. Azərbaycanda Sərkisyan daha çox Xocalı soyqırımının qatili kimi tanınır və onun özü də britaniyalı jurnalist Tomas de Valla müsahibəsi zamanı bu soyqırımda əsas təşkilatçı kimi iştirak etdiyini təsdiq edib. Sərksiyanın Ermənistan hakimiyyət olimpindən biabırçı istefasından sonra Xocalı qatili kimi cəzalandırılması məsələsi gündəmə gəlir. Artıq qatilin toxunulmazlıq statusu yoxdur və məntiqlə onun barəsində beynəlxalq axtarış verilə, Azərbaycan torpaqlarında etdiyi cinayətlərə görə cəzalandırıla bilər.

 


 



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ

İstanbulda 70 kilo qızılla tutulan azərbaycanlı hərbi attaşe barəsində QƏRAR
Çində məktəbdə bıçaqlı hücum -8 ölü, 17 yaralı / VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ