Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103481
az

Azərbaycanda İİV-ə yoluxanların sayının 2 dəfə azalmasına nail olunub

11:1627 Fevral, 2024
355
TİBB
  • A
Azərbaycanda İİV-in aşkarlandığı ilk illərdə xəstəlik əhalinin risk qruplarına aid xüsusilə də inyeksion narkotik istifadəçiləri arasında geniş yayıldı. Ölkəmizdə risk qrupları ilə aparılan zərərin azaldılması proqramları nəticəsində inyeksion narkotik istifadəçiləri arasında İİV-ə yoluxanların sayının 2 dəfə azalmasına nail olunub.
 
Oxu24.com  xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Səbuhi Əliyev bildirib.
 
 
“Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin risk qrupları arasında həyata keçirdiyi məqsədli fəaliyyəti sayəsində Azərbaycanda epidemiyanı təmərküzləşmiş səviyyədə və daxil olduğumuz Şərqi Avropa və Mərkəzi Asiya regionunun ölkələri arasında son yerlərdə saxlamaq mümkün olub. Eyni zamanda, Səhiyyə Nazirliyinin dəstəyi nəticəsində İİV üzrə göstəricilərdən asılı olmayaraq, xəstəyə yoluxmanın aşkarlandığı vaxtdan, antiretrovirus terapiya proqramına cəlb olunması üçün təminat təşkil olunub” – o qeyd edib.
 
Şöbə müdiri qeyd edib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrilə respublikada stasionar Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsi yaradılıb:
 
“Könüllü müayinə və məsləhətləşmə məntəqələri stasionar və mobil şəkildə təşkil edilib. Bu strukturlar əhalinin geniş əlçatanlığını nəzərə alaraq, ambulator poliklinika tipli müəssisələrdə şəxsin dini, irqi, milliyəti və sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, ona İİV-lə bağlı məlumatı təqdim edir, İİV-ə müayinə aparır və nəticə etibarilə müvafiq tövsiyələr verir. Xidmət anonim formada də aparılır. Burada məqsəd erkən aşkarlama və maarifləndirməyə xidmət edir. Bununla yanaşı, eyni məqsədlə respublikada mobil Könüllü müayinə və məsləhətləşmə məntəqələri şəbəkəsi də fəaliyyət göstərir.
 
Ümumilikdə 12 mini avtobus bazasında yaradılaraq, müxtəlif marşrutlarda ixtisaslı Könüllü müayinə və məsləhətləşmə məntəqələri xidməti göstərilir. Mobil şəbəkənin əsas təyinatı, cəmiyyət üçün qapalı olan və yoluxmaya yüksək risk təşkil edən əhali qrup nümayəndələri arasında müayinə və məsləhətləşmənin aparılması məqsədini daşıyır”.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO