Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103467
az

Məşhur Türk aktyoru öldü

23:5326 Fevral, 2024
397
SON DƏQİQƏ
  • A

Məşhur  türkiyəli  kinoaktyor Tolqa Savacı 60 yaşında ürək tutması nəticəsində dünyasını dəyişib.

 

Oxu24.com  xəbər  verir  ki,  aktyor Savacının ölüm xəbərini səs sənətçisi və yazar Onur Akay açıqlayıb.

 

Akay sosial media hesabından verdiyi açıqlamada, "Təəssüf ki, Tolga Savacı çox gənc yaşda itirdik. Onun infarktdan öldüyünü öyrəndim. Çox ağrılıdır, çox üzücüdür, " ,deyə  qeyd  edib.


Tolqa Savacı 6 may 1963-cü ildə İstanbulda anadan olub. Onun böyük bacısı keçmiş model Sibel Savacıdır. Onun Zeynep Savacı adlı bir bacısı da var. Fransız kollecini bitirib. 

Aktyorluğa 1985-ci ildə Banu Alkanla birlikdə "Arzu" filmində çəkilib, daha sonra Hülya Avşarla "Sevimli qadın" və "Sekreter" filmlərində rol alıb.

Tolga Savacı ilk həyat yoldaşı Aylin Livaneli ilə birlikdə 1992-1993-cü illərdə Show TV-də "Coke N Roll" adlı musiqi proqramı təqdim edib. İkinci həyat yoldaşı Özlem İbrahimoğlu ilə evli olduğu müddətdə iki il Dalyanda "Kano" adlı butik otel işlədib. Savacı üçüncü evliliyini yazıçı Nermin Bezmenlə olub. Həyat yoldaşı ilə birlikdə ABŞ-ın Nyu-Cersi ştatında məskunlaşan Savacı hazırda klassik avtomobillərin təmiri ilə məşğuldur.

 

 

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FHN yanğınla bağlı açıqlama yaydı
Bakıda güclü yanğın başladı
TƏCİLİ! Bu ölkədə baş nazir güllələnib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi