PSJ və Fransa milli futbol komandasının hücumçusu Kilian Mbappe fevralın 27-də ölkə prezidenti Emmanuel Makronla nahar edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə Le Parisien məlumat yayıb.
Dövlət başçısı futbolçunu Qətər Əmiri Təmim bin Həməd Al Taninin səfəri ilə əlaqədar dəvət edib.
Naharda PSJ-nin prezidenti Nasser Al-Xelaifi və ola bilsin ki, digər parisli futbolçular da iştirak edəcək.
Fevralın 19-da Mbappenin "Real"la anlaşması məlum olub. T
ərəflər 5 illik müqavilə bağlayıblar. 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Fransız futbolçu hazırda çıxış etdiyi Paris Saint-Germain klubunun rəhbərliyinə niyyəti barədə məlumat verib.
Mbappe Fransa millisi ilə 2018-ci il dünya çempionu, Millətlər Liqasının qalibi, PSJ və Monako ilə isə altıqat Fransa çempionudur. 25 yaşlı futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Miri
Oxu24.com
ŞƏRHLƏR