Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103456
az

Scholz İsveçin NATO-ya daxil olmasının nəticələrini açıqlayıb

22:4626 Fevral, 2024
112
DÜNYA
  • A

Almaniya Federal Kansleri Olaf Şolz İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Macarıstan parlamenti tərəfindən ratifikasiya edilməsini alqışlayıb və bunu ümumi qələbə adlandırıb.

 

Oxu24.com   xəbər  verir  ki, X sosial şəbəkəsindəki səhifəsində o, Stokholmun alyansa qoşulmasının Avropanın təhlükəsizliyini gücləndirəcəyini yazıb.

 

“İsveçin NATO-ya yolu açıqdır - bu, hamımızın qələbəsidir. Yaxşı haldır ki, bu gün Macarıstan parlamenti girişi təsdiqləyib. Qərar bizim müdafiə ittifaqımızı və bununla da Avropanın və dünyanın təhlükəsizliyini gücləndirir”, -  deyə Almaniya kansleri yazıb.

Bundan əvvəl Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması ilə bağlı sazişi ratifikasiya edib. Sənədin təsdiqinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.

Bir neçə aylıq gecikmədən sonra Macarıstan alyansın 31 üzvü arasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə oldu.

Daha sonra NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun Macarıstan parlamentinin ratifikasiyasını alqışlayıb.

Daha əvvəl İsveçin baş naziri Stokholmun NATO-ya müraciəti ilə bağlı Macarıstan parlamentinin qərarını dəyərləndirib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Moskvada güclü yanğın başladı - VİDEO
ABŞ mediasından Rəsinin qəzası ilə bağlı maraqlı detal
TƏCİLİ! İranın dövlət televiziyası rəsmi məlumat yaydı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb