Stoltenberq Macarıstanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu ratifikasiya etməsini alqışlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib.
Sənədin təsdiqinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.
Bir neçə aylıq gecikmədən sonra Macarıstan alyansın 31 üzvü arasında İsveçin NATO-ya daxil olmasını ratifikasiya edən sonuncu ölkə oldu.
Bu prosesin uzun müddət ləngiməsi ABŞ-ın açıq-aşkar narazılığına səbəb olub.
Fevralın əvvəlində milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib ki, Birləşmiş Ştatlar Macarıstandan İsveçin NATO-ya üzvlüyünü mümkün qədər tez ratifikasiya edəcəyini gözləyir. Onun sözlərinə görə, Vaşinqton təhdidlərə əl atmaq niyyətində deyil, lakin onun səbri “hüdudsuz deyil”.
Yanvarın 21-də İsveçin NATO-ya daxil olması Türkiyə parlamenti tərəfindən təsdiqlənib.
Miri
Oxu24.com
ŞƏRHLƏR