İtaliyanın “Corriere della Sera” qəzetinin jurnalisti Ukrayna prezidenti Vladimir Zelenskiyə şikayət edib ki, İtaliyada “çoxlu Putin tərəfdarı” var.
Oxu24.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Ukrayna liderinin iştirakı ilə keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putinin tərəfdarları ilə necə davranmaq barədə müzakirə aparılıb.
Jurnalistin sözlərinə görə, o, mütəmadi olaraq Rusiya və Putinin hərəkətlərini dəstəkləyən insanlarla görüşür. Zelenski İtaliyada “çoxlu Putin tərəfdarlarının” olması ilə razılaşıb və “onların vizalarının dayandırılmasını” təklif edib.
“Siz onları birtəhər sıxışdırmalı, qovmalısınız”, - deyə Ukrayna prezidenti tövsiyə edib.
Fevralda İtaliyanın “il Giornale” qəzeti mənbələrə istinadən yazıb ki, ölkənin baş naziri Giorgia Meloni Aİ-nin Ukraynaya 50 milyard avro məbləğində yardım göstərilməsi üzrə uzunmüddətli proqramının təsdiqində əsas rol oynayıb.
Eyni zamanda, fevralın 24-də İtaliya ilə Ukrayna arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
2022-ci ilin dekabrına qədər İtaliya Rusiyadan neft almağa davam etdi. Ölkənin rəsmi statistikasına görə, ümumilikdə İtaliya 2022-ci ildə 62,5 milyon ton neft idxal edib. 12,1 milyon ton (18,5%) Rusiyanın payına düşüb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR