Macarıstanda müxalifət birbaşa prezident seçkiləri tələbi ilə parlament binası qarşısında iki minə qədər insanın iştirakı ilə mitinq keçirir.
Oxu24.com xarici mediaya istindən xəbər verir ki,parlament binasının qarşısında müxalifət partiyaları olan Demokratik Koalisiya, Momentum, Párbeszed və Macarıstan Sosialist Partiyasının nümayəndələrinin, habelə Budapeşt meri Qergeli Karaçsoninin çıxış etdiyi səhnə quraşdırılıb.
İzdiham həmçinin baş nazir Viktor Orbanın istefasını tələb edir.
Başqa bir müxalifət partiyası LMP daha əvvəl bəyanat yayaraq birbaşa prezident seçkiləri tələbini “boş, mənasız şüar” adlandırıb.
Bu partiya prezidentliyə öz namizədini irəli sürdü, lakin qeydiyyatdan keçmək üçün deputatların 20 faizinin razılığı tələb olundu, digər müxalifət partiyaları isə onu dəstəkləmədilər.
Fevralın 11-də Macarıstanın müxalifət partiyası Demokratik Koalisiyası (DK) prezident seçkilərinin parlamentdə deyil, birbaşa səsvermə yolu ilə keçirilməsi təklifi ilə çıxış edib.
Bundan əvvəl Macarıstan prezidenti Katalin Novak uşaq evində pedofillə bağlı qalmaqal fonunda istefa vermişdi. Əfv fərmanını imzalayan Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa da deputat mandatından imtina edib.
Bundan əvvəl Macarıstan Avropa İttifaqını digər ölkələri şantaj etməkdə ittiham edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR