Fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb.
Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
DİQQƏT! Əhaliyə xəbərdarlıq edildi: Gecə saatlarından başlayaraq...
Oxu24.com
ŞƏRHLƏR