Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.
OXU24.COM qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə general-mayor Adil Abdullayev gətirilib.
Məlumat FHN-dən saytımıza təsdiq edilib.
Qeyd edək ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi Adil Ələsgər oğlu Abdullayev general rütbəsini iki il öncə alıb. O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində çalışıb. Adil Abdullayev vaxtilə DGK-də Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.
Oxu24.com
ŞƏRHLƏR