Türkiyədə ailəsini qətlə yetirən şəxsin məhkəmədə verdiyi ifdə gündəm olub.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,Ailəsini öldürüb qaçdıqdan sonra Ümraniyedə məşhur bir yerdə idman zalında yaxalanan Suat G. ədliyyəyə sövq edilərək "Onu niyə öldürdün?" O, sualına "Mən heç kimi öldürməmişəm. Yadplanetlilər öldürüb" cavabını verib.
İstanbulun Ümraniye şəhərində dini nikahda olan həyat yoldaşını və iki qızını öldürən şübhəli polis bölməsində dindirildikdən sonra ədliyyəyə göndərilib. Polis idarəsindən çıxarkən şübhəlinin sözləri heyrətə səbəb olub.
Dünən səhər saatlarında Fatih Sultan Mehmet səmtindəki bir ərazidə baş verən hadisədə Suat G. (57) adlı iş adamı dini nikahlı həyat yoldaşı Yasemin Ünlü ilə qızları Zeliha (31) və Mine Güneyi (30) tapança ilə güllələyib.
Nəzarətə alınaraq polisə aparılan şübhəlidən 3 silah, 6 maqazin, külli miqdarda xarici valyuta və bir pasport götürülüb.
Həmçinin oxu:
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR