İsrailin blokadası və davam edən hücumları nəticəsində Qəzzanın şimalında aclığa sürüklənən fələstinlilərin həyat mübarizəsi çətin şərtlərə baxmayaraq davam edir.
Oxu24.com xəbər verir ki, sosial mediada yayılan görüntüdə Qəzzanın şimalında çörək belə tapa bilməyən və heyvan yemi istehlak edən fələstinlilər, artıq başqa qida məhsulları tapa bilmədiklərindən yaralı atı ölmədən əvvəl kəsiblər.
İsrail 7 oktyabr 2023-cü ildən təxminən 2,3 milyon fələstinlinin yaşadığı Qəzza zolağına havadan, qurudan və dənizdən hücumlarını davam etdirir.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 660 uşaq və 8 min 570 qadın olmaqla 29 min 606 fələstinli həyatını itirib, 69 min 737 fələstinli isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.
Miri
Oxu24.com
ŞƏRHLƏR