Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın baş naziri Castin Trüdo ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
Oxu24.com Bu barədə məlumat Ukrayna prezidentinin Telegram-kanalında dərc olunub.
“Kanadanın baş naziri Castin Trüdo ilə mən Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş imzaladıq”, - nəşr yazır.
Sənəddən belə çıxır ki, 2024-cü ildə Kanada Ukraynaya 3 milyard Kanada dollarından (2,22 milyard dollar) çox makromaliyyə və müdafiə yardımı ayıracaq.
Zelenski əlavə edib ki, saziş Ukraynanın dayanıqlığının gücləndirilməsinə mühüm töhfədir.
Fevralın 16-da Ukrayna və Fransa prezidentləri Vladimir Zelenski və Emmanuel Makron iki ölkə arasında zəmanətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar. Həmin gün Ukrayna və Almaniya da təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş imzalayıb.
Bundan əvvəl Ukrayna və Danimarka arasında təhlükəsizlik sazişini nə qədər müddətə imzaladığı məlum olub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR