Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103319
az

İtkin Rasimlə bağlı şok iddia: O,İrana qaçırılıb?+VİDEO

11:4024 Fevral, 2024
449
ÖZƏL BÖLÜM
  • A

Rasimin anası Aygül Xankişiyeva bildirir ki, oğlu dekabrın 26-da saat 10-11 radələrində evdən çıxıb, amma geri qayıtmayıb. Oğlunun yubandığını görən ana narahat olub və həyat yoldaşına məlumat verib.  

Uşağın yaxınları bildirir ki, onu axırıncı dəfə 2 nəfər görüb. 

Nənə bildirir ki, onları şübhəyə salan məqamlardan biri də uşağı gördüm deyənlərin danışıqlarının üst-üstə düşməməsidir. Sərdar adlı şəxs əvvəlcə uşağı görmədiyini desə də sonradan gördüyünü bildirirb. 

Rasimi axırıcı dəfə görənlərdən biri olduğu deyilən çoban Əmirxan Kərimov bildirir ki, uşaq ona saatı deyib kəndə sarı gəlib. 

Azyaşlının ailə üzvləri iddia edirlər ki, uşağı axırıncı dəfə görən, ərazidə mal-qara otaran çoban Əmirxan həm ziddiyətli məlumat verir və həm də nəyisə tam danışmır. 

Rasimin yaxınları onun maşınla vurulub aparılması və ya oğurlanması ehtimallarının da ola biləcəyini bildirirlər. 

Azyaşlının batdığı ehtimal olunan kanaldan və ona birləşik digr kanallarda su azaldılaraq tam axtarışlar aparılıb. Ətraf ərazilər qarış-qarış adı axtarılır. 

Hazırda gördüyünüz kimi FHN-in 100-dən çox şəxsi heyəti naməlum şəraitdə itkin düşən Rasimin axtarışlarını davam etdirirlər. 

Çəkiliş qrupumuz Rasimin mal-qara otardığı ərazidə də oldu. Ərazidə doğurdan da günəş panelləri ilə işləyən müşaidə kameraları var. Avadanlığın ümumi görünüşündən məlum oldu ki, kameralar yeni və işlək vəziyyətdədi.  

Qısa araşdırma ilə xeyli cavabsız sual yarandı. Rasimin görüntülərinin olması ehtimal olunan türk iş adamı Hüseyn bəyə məxsus kamera görüntüləri uşağın itdiyi tarixdə, yəni dekabrın 26-da niyə silinib? Dekabrın 27-də türk iş adamına zəng edərək görüntüləri kim istəyib? Rasimi görən şəxslər niyə tam danışmırlar? Onlar nədən qorxurlar? Ən əsas sual, qışın soyuğunda niyə Rasimin koftası, telefonu, ayaqqabısı quruda, kurtkası suda tapılıb?

Suallara cavab tapana, Rasimdən bir xəbər alana kimi mövzu diqqətimizdə olacaq. 

Qeyd edək ki, İmişlidə ötən ilin dekabr ayında 11 yaşlı uşağın itkin düşməsi ilə bağlı cinayət işi açılıb, araşdırma gedir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər