Rusiya iqtisadiyyatı Qərbin yeni sanksiyalarına həssas ola bilər, çünki əvvəllər Rusiya Federasiyasına məhdudiyyətlərdən yan keçməyə kömək edən xarici şirkətlər ikinci dərəcəli məhdudiyyətlərə məruz qalmışdılar.
Oxu24.com xəbər verir ki, bu fikri “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin direktoru Aleksey Zubets bölüşüb.
“Rusiyanın xaricdəki tərəfdaşlarına təzyiq onların buraxdığı ehtiyatlardan biridir və bu, ciddi alətdir” – deyən iqtisadçı, “Lakin bu tədbirlər kritik ziyana səbəb olmayacaq, əksinə, onlar üçün stimulu gücləndirəcək”,-deyə qeyd edib.
Bir gün əvvəl Aİ Şurası nəhayət ki, yeni anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.
Buraya Rusiya Federasiyasından olan 194 fiziki və hüquqi şəxs daxildir. Hindistan, Şri-Lanka, Çin, Serbiya, Qazaxıstan, Tailand və Türkiyədən bir sıra şirkətlər ikinci dərəcəli sanksiyalara məruz qalıb.
Bundan əvvəl ABŞ Rusiya və xarici şirkətlər üçün yeni ixrac məhdudiyyətləri elan edib. Sanksiya siyahısına ümumilikdə 93 hüquqi şəxs daxil edilib.
Miri
Oxu24.com
ŞƏRHLƏR